Azərbaycana keçmiş erməni qadın atəş altında geri qaytarıldı -<span style="color:red;">YENİLƏNİB
12 noyabr 2015 13:42 (UTC +04:00)

Azərbaycana keçmiş erməni qadın atəş altında geri qaytarıldı -YENİLƏNİB

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da Qazax rayonu ərazisində saxlanılan erməni qadının geri qataraılması ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək noyabrın 8-də Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1942-ci il təvəllüdlü Abovyan Lusine Qukasovnanı noyabrın 12-də azad edərək qarşı tərəfə qaytarıb.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən proses zamanı yaxınlıqdakı erməni mövqelərindən atəş səsləri eşidildiyinə görə Komissiyanın İşçi Qrupunun əməkdaşları qarşı tərəfdən yenidən təhlükəsizlik zəmanəti alınması və atəşin dayandırılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət ediblər. Bu tələblər yerinə yetirildikdən sonra L. Abovyanın repatriasiyası həyata keçirilib.

 

***

 

Beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

 

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bugünkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.

 

Məlumatda bildirilir ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

 

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar