Azərbaycan yollarında piyada qətliamı:<span style="color:red;"> 3 ölü, 2 yaralı
28 noyabr 2014 13:54 (UTC +04:00)

Azərbaycan yollarında piyada qətliamı: 3 ölü, 2 yaralı

Dünən Azərbaycan yollarında baş vermiş qəzalarda 3 piyada ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbaut xidmətinə istinadən məlumatına görə, noyabrın 27-də saat 18 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Sərvər Namazov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Arif Vəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada da ölüb.

Buna bənzər hadisə İsmayıllı rayonunda da qeydə alınıb. Aşıqbayram kəndində kənd sakini Oqtay Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmkəndlisi Şəfiqə Məmmədovanı vurub. Qadın xəstəxanada keçinib.

Beyləqan rayonunun 1-ci Şahsevən kəndində isə kənd sakini İsgəndər Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi İlham İsgəndərovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda keçinib.

Bakının Nizami rayonunda və Abşeronda avtomobillərin vurduğu piyadaları xilas etmək mümkün olub. Belə ki, paytaxtın M.Abbasov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Quliyeva vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Abşeron rayonunun Masazır qəsəbəsində də naməlum avtomobil piyadanı vurub. Xəsarət alan Aydın Abdullayeva ilkin tibbi yardım göstərilib.

Hər bir fatkt üzrə araşdırılmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar