Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.
Bu barədə APA Türkiyə Silahlı qüvvələri Baş Qərargahına istinadən məlumat verib.
Bu gün start götürən təlimlər iyulun 28-dək davam edəcək. Təlimlər Bakı və Naxçıvanda icra olunacaq.
«Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır», - deyə Baş Qərargahın məlumatında bildirilib.
Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.