Azərbaycanın hüquq-mühafizə orqanları Sumqayıt sakinini beynəlxalq axtarışa verib. Lent.az-ın İnterpol-a istinadən məlumatına görə, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil cinayətkar dəstənin tərkibində oğurluq əməli törətməkdə təqsirli bilinir. Onun xarakterik əlamətləri beynəlxalq polis təşkilatının saytında yerləşdirilib.
İ. Məmmədovun konkret hansı cinayət əməlinə görə axtarışa verilməsi bəlli deyil.