Bakı avtovağzalında sürücülər arasında QANLI DAVA - TƏFƏRRÜAT
06 oktyabr 2016 12:29 (UTC +04:00)

Bakı avtovağzalında sürücülər arasında QANLI DAVA - TƏFƏRRÜAT

Bakı Beynəlxalq Avtovağzalında baş vermiş bıçaqlanmanın təfərrüatları məlum olub. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, müxtəlif dərəcəli bıçaq xəsarətləri alan 33 yaşlı Fərid Atakişiyev taksi sürücüsü olub. Özünə məxsus "Mercedes" markalı avtomobillə taksi xidməti göstərən Fərid dünən saat 18 radələrində hələlik dəqiqləşməmiş səbəbdən digər taksi sürücüsü ilə mübahisə edib. Mübahisə çox keçmədən münaqişəyə çevrilib və "TX 4" markalı (London taksisi) avtomobili idarə edən sürücü bıçaqla F.Atakişiyevə hücum edərək onu bıçaqlayıb. O, hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

 

İlkin araşdırmalardan sonra hadisəni törədən şəxsin 1989-cu il təvəllüdlü Taleh Şahbudaqov olması müəyyənləşdirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

 

 

***

 

 

03:43

 

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, 34 yaşlı Fərid Atakişiyev Bakı Beynəlxalq Avtovağzalı ərazisində bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

 

Fərid Atakişiyevi bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəliblər. Şahidlər dindirilib, avtovağzal ərazisindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Yaralını dindirmək hələlik mümkün olmayıb.

 

Hadisəni törədən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Nizam Rza

Oxşar yazılar