Avtomobildən 15500 manat və xeyli qızıl oğurlanıb
26 may 2014 10:24 (UTC +04:00)

Avtomobildən 15500 manat və xeyli qızıl oğurlanıb

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 22-də Çəmənzəminli küçəsində Bakı şəhər sakini Sadıq Rüstəmova məxsus «Mercedes» markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 15500 manat və qızıl-zinət əşyaları oğurlanıb. Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sadiq Rüstəmov və Bakı şəhər sakini İsa Hümbətov tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Nizam Rza

Oxşar yazılar