Azərbaycan paytaxtında sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.
APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, artıq Bakı şəhərində 20-yə qədər marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi tətbiq olunub. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərə tutulub.