Aeroport şossesində avtobusun bir neçə avtomobilə toqquşması nəticəsində baş verən dəhşətli qəzada ölənlərdən birinin şəxsiyyəti məlumdur. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsindən bildirilib. Qəzada ölən şəxslərdən biri Adıgözəlov Famil Yəhya oğludur. Digər ölən şəxslərin isə hazırda şəxsiyyətləri dəqiqləşdirilir. Onlardan biri kişi, digəri isə qadındır.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, yaralılar İqtisad Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Vüqar Kərimov və 1988-ci il təvəllüdlü Elşən Kərimovdur.