Futbol üzrə 2020-ci il Avropa çempionatına namizəd Bakının Sifariş Kitabının hazırlanması üçün yaradılan İşçi Qrupun tərkibi açıqlanıb. Lent.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılan qrupa rəhbərlik baş katib Elxan Məmmədova tapşırılıb.
Qrupun tərkibinə isə Sərxan Hacıyev, Cavid Qarayev, Mikayıl Quluyev, Könül Mehtiyeva, Səbinə Hüseynova, Rəmiş Malıyev və Elnur Məmmədov daxil edilib.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında prezident İlham Əliyevin 2 mayda imzaladığı sərəncama əsasən, Sifariş Kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Əmrin icrasına nəzarəti federasiya prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.