Bakıda quldurluq etdiyinə görə tutulmuş şəxsin digər əməli üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etdiyinə görə tutulmuş Emin Alməmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il oktyabr ayında Bakı şəhər sakinləri Pavel Şirokova və qızı Marinaya məxsus plastik kartları oğurlayaraq hesablarındakı 260 manat pulu çıxarması da müəyyən edilib.
Araşdırma aparılır.