Astarada qəza - <span style="color:red;"><b>2 yaralı</b>  - YENİLƏNİB
10 iyul 2017 08:55 (UTC +04:00)

Astarada qəza - 2 yaralı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Astarada baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşlara məxsus “Nissan” markalı minik avtomobili ilə"VAZ" markalı minik avtomobili toqquşub.

 

Yanğınla nəticələnən yol-qəza hadisəsi nəticəsində hər iki avtomobilin mühərrik hissəsi yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. 

 

***

 

02:02

 

Astara rayonunda xəsarətlə nəticələlən yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, insident Nizami küçəsində qeydə alınıb.

 

İki avtomaşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan biri Astara Rayon Mərkəzi Xəstəxanasına, digər isə,  1990-cı il təvəllüdlü Sərxan Vuqar oğlu Əsgərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar