Astarada 100-dən çox ev yağış suları altda qaldı
09 noyabr 2015 17:16 (UTC +04:00)

Astarada 100-dən çox ev yağış suları altda qaldı

 

Astara şəhərində 100-dən yuxarı yaşayış evi sel sularının altında qalıb.

 

Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Astara şəhəri üzrə nümayəndəsi  Şahverən Cavadovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu, son 4 gün ərzində bölgəyə düşən intensiv yağışlar səbəbindən baş verib.  Ən gərgin vəziyyət isə şəhərin Heydər Əliyev prospekti, Azərbaycan, Səməd Vurğun, Ziya Bünyadov və Həzi Aslanov  küçələri ərazilərində yaranıb. Belə ki, həyətləri, evlərin zirzəmilərini, küçələri su basdığından sakinlər  öz isti ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Artıq 20-yə yaxın ailə su basma ilə əlaqədar qohumlarının yanına köçürülüb.

 

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Astara RİH-də fövqəladə qərargah yaradılıb.  İki gündür ki, müvafiq qurumlar gərgin iş rejiminə keçirilib. Təbii fəlakətin nəticələrinin qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları da cəlb olunublar.  Ağır texnikanın və işçi qüvvəsinin köməyi ilə kanallar dərinləşdirilir.

 

Ş.Cavadovun sözlərinə görə, suötrücü kanalların mühafizə zolağında 10-15 il əvvəl fərdi yaşayış evlərinin tikilməsi səbəbindən həmin ərazilərdə su ötürücü kanalların qarşısı alınıb. Bununla belə,  həyətlərdən və küçələrdən sel sularının qısa müddətdə çıxarılması üçün bütün lazımi tədbirlər görülməkdədir.

 

Qeyd edək ki, cənub bölgəsində yağmurlu hava şəraiti  davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar