Xızı rayonunda qaz idarəsinin əməkdaşı iş başında aldığı xəsarətdən keçinib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Neft Şirkətinin Siyəzən Magistral Qaz Kəmərlərinin İstismarı İdarəsində çilingər işləyən Elnur Ağayev rayonun Tıxlı kəndində qaztənzimləyici qurğunu təmir edərkən təzyiqdən qapaq qoparaq başına dəyib. E.Ağayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.