
Anasının ölümünə səbəb oldu
0
0
Hacıqabulda avtomobil aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 17 radələrində Hacıqabul şəhəri ərazisində Ağdam rayon sakini X.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə anası Ruhiyyə və 2 sərnişini xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
0
0