Ana və körpəsi doğuş zamanı öldü
12 mart 2013 10:36 (UTC +04:00)

Ana və körpəsi doğuş zamanı öldü

Azərbaycanda ana doğuş zamanı dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

 

Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızı ötən gün ikinci doğuşla əlaqədar xəstəxananın doğum şöbəsinə daxil olub. Lakin doğuş tam başa çatmamış ana və uşaq dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ölümün səbəbləri araşdırılır.

 

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Zaqatala rayon şöbəsindən APA-ya bildirilib ki, doğuş zamanı dünyasını dəyişən qadının meyiti hələ tam müayinədən keçirilməyib: “Ona görə də ölümün səbəbləri barədə hələlik nə isə demək çox tezdir”.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudov APA-ya hamilə qadının doğuş zamanı öldüyünü təsdiqləyib. Baş həkim qeyd edib ki, R. Sadıyeva hamiləliyi tam başa çatmamış, doğuşa 4 həftə qalmış xəstəxanaya daxil olub: “Xəstənin vəziyyəti yaxşı olmadığı üçün onu Bakıya göndərməyə qərar verdik. Qadın Bakıya gedərkən yolda reanimobildə dünyasını dəyişib”.

 

Baş həkim həmçinin xəstənin ölümünün ilkin səbəblərini də açıqlayıb: “Xəstədə maye açılıb və o enbaliyadan dünyasını dəyişib”.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21