Akif Çovdarovun işi üzrə zərərçəkmişin vəkili mətbuat konfransı keçirdi
19 dekabr 2016 15:10 (UTC +04:00)

Akif Çovdarovun işi üzrə zərərçəkmişin vəkili mətbuat konfransı keçirdi

0

“Real MTK”-nın həbsdə olan təsisçisi və rəhbəri İlham Qasımovun vəkili Səyyad Məmmədov mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, vəkil bildirib ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin hökmünndən narazıdırlar: “İttihamı və məhkəmə hökmünü əsassız hesab edirik. İlham Qasımova qarşı cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən başlanılıb. Guya İlham Qasımov “Real MTK”-nın təsisçisi olanda Gülağa Qəmbərov İlham Qasımova tikinti işləri üçün 13 milyon 687 min manat pul verib. Sonradan iddia olundu ki, eyni məbləğli pulu guya iki nəfər İlham Qasımova verib. Bu da 27 milyon 374 min manat edir. Bu, tam əsassız iddiadır və təəssüf ki, məhkəmə də İlham Qasımovla bağlı əsasszız qərar çıxardı. Başqa bir qanunsuzluq ondan ibarətdir ki, məhkəmə vəkillərin iştirakı olmadan qərar çıxarıb”.

 

Vəkil əlavə edib ki, Gülağa Qəmbərovun məhkəmədə bildirib ki, onun İlham Qasımovdan şikayəti olmayıb: “Gülağa müəllimin adından heç bir rəsmi müraciət, şikayət yoxdur. 13 milyon 687 min manat iddiasını da Gülağa müəllimin həyat yoldaşı irəli sürüb. Bu məsələdə maraqlı olan tərəflər var ki, onlar Gülağa Qəmbərovun adından istifadə edirlər. Gülağa Qəmbərov məhkəmədə deyib ki, mənim İlham Qasımovdan heç bir şikayətim yoxdur. Məhkəmə isə İlham Qasımova 15 illik həbs qərarı çıxarıb. Biz İlham Qasımovun bəraət almasını tələb edirik”.

 

Qeyd edək ki, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr tarxili hökmü ilə İ. Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar