[b]Akif Çovdarov yenə aclıq aksiyasına başladı[/b]
25 oktyabr 2016 16:04 (UTC +04:00)

[b]Akif Çovdarov yenə aclıq aksiyasına başladı[/b]

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi həbsdə olan rəisi Akif Çovdarov aclıq aksiyasına başlayıb.

 

APA-nın məlumatına görə, bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Vəkil deyib ki, A. Çovdarov bu gün səhər saat 9-dan müddətsiz aclıq aksiyasına başlayıb: "Bakı İstintaq təcridxanasında saxlanılan Akif Çovdarov oktyabrın 22-də həkim kardioloq Natəvan Qurbanova tərəfindən müayinə edilib. Həkim onun sağlam olması haqqında rəy verib. Akif Çovdarov ondan yazdığı rəyin xəstəlik kitabçasına yazılmasını istəyib və dərmanların ona heç bir təsir etmədiyini deyib. Həkim isə buna icazəsinin olmadığını bildirib. Akif Çovdarov da buna etiraz edib və aclıq aksiyasına başlayıb".

 

K. Nəsibov qeyd edib ki, A. Çovdarovun cinayət işi 56 cilddir və iş üzrə 26 epizod var.

 

İş üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb, 2 nəfər isə zərərçəkmiş şəxsin hüquqi varisidir.

 

K. Nəsibov bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin iş üzrə qaldırdığı mülki iddia 2 milyon 917 min 300 manatdır.

 

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, digər təqsirləndirilənlər Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

APA Baycan

Oxşar yazılar