Ağstafa xəstəxanasının Doğuş şöbəsinin müdiri də işdən çıxarılır
24 may 2014 13:26 (UTC +04:00)

Ağstafa xəstəxanasının Doğuş şöbəsinin müdiri də işdən çıxarılır

Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının keçirdiyi iclasda əsas məqsəd Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında hər birində baş verən 2 ana ölümü faktını müzakirə etmək olub”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

 

O bildirib ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının iclasında Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovla yanaşı, Ağstafa Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri Ziba Məmmədova barəsində də vəzifəsindən azad edilməsinə dair qərar verilməsi tövsiyə edilib: “Bundan əlavə Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında çalışan bir sıra həkimlərə töhmət verilib”.

 

A. Qədirli əlavə edib ki, Sabirabad Perinatal Mərkəzin direktorunun rüşvət almaq məsələsi olmasaydı belə, hər iki həkim barədə müvafiq qərar veriləcəkdi: “Çünki hər bir xəstəxanada qeydə alınan 2 ana ölümü həmin Mərkəzlərdə işin lazımı səviyyədə təşkil edilməməsi nəticəsində baş verib.  Ona görə də bununla bağlı müvafiq tövsiyələr edilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184
avatar

Oxşar yazılar