Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Fərid Bayadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 5-ə təyin edilib.
Qeyd edək ki, hadisə Zabrat-Şabunçu şosesi, "Qartal" kafesinin qarşısında baş verib. Məlumata görə, 1993-cü il təvəllüdlü Fərid Bayadov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə kafenin qarşısında yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Cahid Əkbərovu vurub. Cahid Əkbərov aldığı xəsarətlə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddə isə cinayət işi başlanıb.