Ağdaşda iki avtomobil toqquşdu: <span style="color:red;">1 ölü, 1 yaralı
04 fevral 2015 10:35 (UTC +04:00)

Ağdaşda iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı

Ağdaş rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "İveco" markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

 

 

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü bədən xəsarətləri alıb və şəxsiyyəti məlum olmayan 1 nəfər qadın hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və meyiti çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 07:45-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152

Oxşar yazılar