Ağdaşda yol qəzası: bir nəfər ölüb
03 iyun 2014 22:30 (UTC +04:00)

Ağdaşda yol qəzası: bir nəfər ölüb

Ağdaşda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Lenn.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,  rayonun Aşağı Nemətabad kəndində (rayon mərkəzindən 25 km aralı) 1983-cü il təvəllüdlü Məmmədov Rüstəm Hüseyn oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək, “Kamaz” markalı yük avtomobilinə arxadan çırpılıb.

 

Nəticədə “Mercedes”-in sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyitini yanğınsöndürən-xilasedicilər avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Oxşar yazılar