Ağdamda iki VAZ toqquşdu: 4 yaralı
28 avqust 2015 22:48 (UTC +04:00)

Ağdamda iki VAZ toqquşdu: 4 yaralı

0

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Alıbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Laçın rayonundan məcburi köçkün, 1967-ci il təvəllüdlü Mövlanverdiyev Vidadi Mövlan oğlunun idarə etdiyi VAZ 21099 markalı 20 BZ 626 nömrə nişanlı avtomobillə Ağdam rayon Quzanlı-1 qəsəbəsində məskunlaşan məcburi köçkün, 1966-cı il təvəllüdlü Mirzəyev Şakir İsmayıl oğlunun idarə etdiyi VAZ 2101 markalı, 66 BB 865 nömrə nişanlı maşın toqquşub.

 

Nəticədə hər iki avtomobilin sürücüsü və V. Mövlanverdiyevin sərnişinləri - həyat yoldaşı, 39 yaşlı Məmmədova Şərafət Firiş qızı və oğlu, 1999-cu il təvəllüdlü Mövlanverdiyev Mövlanverdi Vidadi oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə MRX-ya çatdırılıblar. Hər iki sürücünün vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar