Ağdamda 10 evdən oğurluq edən dəstə yaxalandı
27 avqust 2019 11:30 (UTC +04:00)

Ağdamda 10 evdən oğurluq edən dəstə yaxalandı

0
Ağdamda oğurluqla məşğul olan şəxslər saxlanılıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda 10 mənzildən oğurluq edən qrup üzvlərini saxlayıb. Ağdam rayon sakinləri - 22 yaşlı Mehdiyev Seymur Vaqif oğlu, 18 yaşlı  Səfərov Rəhman Bəhmən oğlu və Ağayev Nemət Elxan oğlu cinayət məsuliyyətinə cəlb olunublar. Adıçəkilən şəxslər ümumilikdə 18330 manat pul və 15300 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
 
Hazırda istintaq həmin şəxslərin başqa cinayətləri törədib-törətmədiklərini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar