<b>Lotu Qulinin ad günündə oğru adı alan Alibayramlinski - <span style="color:red;">DOSYE </b>
11 iyul 2017 15:49 (UTC +04:00)

Lotu Qulinin ad günündə oğru adı alan Alibayramlinski - DOSYE

Bu gün Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən adam oğurluğunda ittiham olunaraq həbs edilən Rüfət Əmirov tanınmış qanuni oğru “Rafət Alibayramlinski”nin qardaşıymış. Bu barədə “Report” xəbər yayıb.

 

Lent.az-ın əməkdaşı isə “Alibayramlinski”nin kimliyinə aydınlıq gətirib. Əmirov Rafət Əlirza oğlu 1979-cu il martın 17-də keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərində anadan olub. Orta məktəbi də bu şəhərdə bitirib. Rafətin ilk cinayətinin harada etməsi barədə dəqiq məlumat yoxdur. Amma fakt odur ki, “Alibayramlinski” ləqəbli oğru 2014-cü ilin avqustunda, Lotu Qulinin ad günü ərəfəsində taclandırılıb. O, Türkiyədəki "sxodka"da bu ada layiq görülüb. Onunla birgə Ceyhun Gəncinski də oğru adını alıb. "Sxodka"da isə Qoça Kevlişvili (Qoça Rustavski), Arif Mehdiyev (Arif Sumqaitski), Yunus Nəzərov (YunusYasamalski), Namiq Səlifov (Lotu Qulinin qardaşı), Nika Dqebuadze (Nika Qaqrinski) və Merab Pipiya (Merab Suxumski) iştirak ediblər. Lotu Quli isə "sxodka"ya "Skayp" vasitəsilə qoşulub.

 

Bəzi məlumatlara görə, iki azərbaycanlının, həm Rafətin, həm də Ceyhunun Qulinin ad günü taclandırılması, ona  məhz ad günü hədiyyəsi olub. Ceyhundan fərqli olaraq Rafətin Türkiyəyə girişinə icazə yox imiş. Çünki o, Rusiyada axtarışda olub. O, əslən Hacıqabullu Babayev Əli Mirzağa oğlunun qətində ittiham edilərək federal axtarışda olub. Əli Babayevi isə Rafət kriminal "razborka"ların birində güllələyibmiş. Rusiyanın kriminal saytlarının yazdığına görə, Rafət Alibayramski Türkiyəyə saxta pasportla keçib. Onun indi harada olduğu isə bilinmir.

 

12:48

 

 

Azərbaycanda adam oğurluğunda təqsirli bilinən və üzərində qanunsuz olaraq silah gəzdir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.

Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.     

 

# 630
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar