Abşeronda mənzildən meyit tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunda mənzildə 1946-cı il təvəllüdlü Bamşad Mənsumə Əli qızı bağlı qapı arxasında qalması barədə müraciət daxil olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. M.Bamşadın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:37-də başa çatıb.