ABŞ kəşfiyyatı:  “Airbus A321” partladılıb
07 noyabr 2015 06:38 (UTC +04:00)

ABŞ kəşfiyyatı: “Airbus A321” partladılıb

 

Kəşfiyyatın əldə etdiyi məlumat Misirdə Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin partladıldığını ehtimal etməyə əsas verir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəsmi nümayəndələri məlumat yayıb.  

 

“Röyters”in məlumatına görə, bununla belə, amerikalı və avropalı mütəxəssislər onların malik olduqları məlumatların yekun rəy vermək üçün kifayət etmədiyini qeyd ediblər. Onlar mexaniki nasazlığın qəzaya səbəb olduğunu hələ də istisna etmirlər.

 

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ötən gün “Airbus A321” təyyarəsi məsələsində terror aktı olduğunu istisna etməyib: “Təyyarənin göyərtəsində bomba olduğunu ehtimal etmək olar”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar