"Trabzonspor"-un baş məşqçisi istefa verdi
11 noyabr 2015 20:13 (UTC +04:00)

"Trabzonspor"-un baş məşqçisi istefa verdi

0

“Trabzonspor” baş məşqçi Şota Arveladze ilə yollarını ayırıb.

 

Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

 

Mövsümün əvvəlində komandanın sükanı arxasına gətirilən gürcü mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Buna səbəb “bordo-mavilər”in bumövsümkü zəif çıxışıdı.

 

Geridə qalan 11 tur ərzində 14 xal toplayan “qaradənizlilər” 12-ci sırada qərarlaşıb.

 

Maraqlıdı ki, bu istefa klub prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi dövrdə artıq 5-ci belə haldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar