(R) “Wentto Telecom” mağazalar şəbəkəsini genişləndirir
27 sentyabr 2013 16:46 (UTC +04:00)

(R) “Wentto Telecom” mağazalar şəbəkəsini genişləndirir

AAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq öz diler şəbəkəsini genişləndirməkdə davam edir.

“Bakcell”in yeni dilerlərindən olan “Wentto Telecom” sayca üçünçü diler dükanını müştərilərin istifadəsinə verir. Təqdim etdiyi yüksək səviyyəli xidmət və ən tələbkar müştərinin maraqlarını belə qarşılama bacarığı ilə tanınan “Wentto Telecom” qısa müddət ərzində bazarda möhkəmlənərək öz diler mağazaları şəbəkəsini yaradıb.      

H.Cavid prospekti “B” 556/557 ünvanında yerləşən  üçüncü mağaza Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Burada yeni telefon modelləri, aksessuarlar və digər texniki yeniliklər əldə etməklə yanaşı, müştərilər “touch screen” monitorda istədikləri nömrənin axtarışını verə biləcəklər. Beləliklə, rahatlıqla mövcud nömrələri axtarmaq və qiymətini öyrənmək mümkün olacaq.

Gənc Bakcell abunəçilərini nəzərdən qaçırmayan diler mağazası onlar üçün xüsusi kampaniya keçirməyi planlaşdırır. Belə ki, 27 sentyabrdan başlayaraq tələbələr yalnız tələbə bileti və şəxsiyyət vəsiqəsilə ilkin ödənişsiz, uzunmüddətli kreditlə arzu etdikləri məhsulları əldə edə biləcəklər.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

# 870
avatar

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28