"Qara bazar"la bağlı neçə cinayət işi açılıb?
16 yanvar 2017 11:25 (UTC +04:00)

"Qara bazar"la bağlı neçə cinayət işi açılıb?

0

 

Valyutanın “qara  bazar”ı ilə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. Bundan başqa 5 iş üzrə isə inzibati məsuliyyətə cəlbetmə baş verib.

 

Lent.az xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

 

K.Əliyev əlavə edib ki, Beynəlxalq Bankın 5 filialı barədə Baş Prokurorluqda cinayət işinin istintaqı davam etdirilir. Həmin iş üzrə müəyyən ziyanvurma halları da aşkar edilib və dəymiş ziyanın ödənilməsi ilə bağlı iş aparılır.

 

2016-cı ildə bank sektoru ilə bağlı ümumilikdə  52 cinayət işi başlanıb və istintaq başa çatdırılaraq məhkəmələrə göndərilib: “Azərbaycanda 2016-cı ildə 5 rüşvət vermə halı üzrə istintaq həyata keçirilib və rüşvət verdiyinə görə həbs edilənlər var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar