Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilən cinayət işinin baxılacağı tarix bəlli olub.
Lent.az-ın məlumatına görə, Elgiz Qəhrəmanın işinə hakim Azad Məcidovun sədrliyi ilə dekabrın 9-u saat 10:00-da baxılacaq.
Xatırladaq ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.