Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Lent.az xəbər verir ki, magistralın 31-ci kilometrliyində "Jeep" markalı avtomobil 1973-cü il təvəllüdlü Qürbətova Mətanət Qürbət qızını vurub. Ağır xəsarət alan qadın hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.