Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Göyəm kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən, ikisi hərbçi olmaqla dörd ailənin yaşadığı, ümumi sahəsi 250 kv/m olan yaşayış binasının 200 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanan mənzillərdən ikisi - Dövlət Sərhəd Xidmətinin hərbçiləri Vüqar Məmmədov və Mürşüd Vəliyevə məxsus olub.