"Günəşli" yatağında yaradılmış operativ qərargahda <span style="color:red;">MÜŞAVİRƏ
07 dekabr 2015 16:52 (UTC +04:00)

"Günəşli" yatağında yaradılmış operativ qərargahda MÜŞAVİRƏ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə yaradılmış operativ qərargahda müşavirə keçirilib.

 

APA-nın xəbərinə görə, hazırda operativ qərargahda olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

 

Qeyd edək ki, bu gün "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən 6 nəfərinin cəsədi tapılıb.

 

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Eyni zamanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

  

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

 

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub, onlardan 29 nəfər itkin düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178

Oxşar yazılar