<span style="color:red;">Sevinc Osmanqızı:  "Allah heç kəsi öz şərəfindən keçəcək qədər alçaltmasın"
23 yanvar 2015 15:57 (UTC +04:00)

Sevinc Osmanqızı: "Allah heç kəsi öz şərəfindən keçəcək qədər alçaltmasın"

Nərimanov rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda S.Osmanqızının vəkili Tamilla Ələkbərovanın etirazına baxmayaraq, iddiaçı tərəfin vəkili prosesin keçirilməsinə razı olduqlarını bildirib.  

Məhkəmə prosesi fevralın 3-də dəvam etdiriləcək.

Qeyd edək ki, Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.


Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.


O, "Açıq söhbət" siyasi debat proqramının moderatoru olub və şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

 

Bu arada haqqında cinayət işi açılan jurnalist Sevinc Osmanqızı öz facebook səhifəsində son hadisələrlə bağlı fikirlərini qeyd edib: "Yaxşı ki, həyat mənə bu günü də qismət etdi. Kimisinin könüllü "cığallıq" etməsi, kimisinin də təmənnasız müdafiəyə qalxmasının şahidi oldum. Görünür, hər bir insanın içində özünəməxsus ədalət və haqsızlıq barometri var. Bəzilərini qeyrət, digərlərini isə alçaqlıq üçün şərait axtarmağa vadar edir. Allah heç kəsi öz şərəfindən keçəcək qədər alçaltmasın. Dünyanın heç bir sərvəti buna layiq deyil."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Səlcuq Elçin

Oxşar yazılar