<span style="color:red;">Müdafiə Nazirliyi : "Bəzi kanallar gəncləri barlara çağırır"
03 fevral 2015 17:56 (UTC +04:00)

Müdafiə Nazirliyi: "Bəzi kanallar gəncləri barlara çağırır"

"Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır". Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov deyib.

Onun sözlərinə görə, əsgərlərin hərbi xidmətlə bağlı məruz qaldıqları ən amansız psixoloji təsir mülki həyatdan və KİV-lərin ordu həyatı, hərbi xidmət barədə yazdıqları yalanlardan irəli gəlir.

Bir sıra hallarda bəzi qüvvələrin ordu ilə cəmiyyət arasında uçurum yaratmaq, ordunun imicini ləkələmək üçün çalışdıqlarını qeyd edən nazirlik rəsmisi özəl TV və radio kanallarını tənqid edib: “Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara çağırır. Mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ edirlər”.

Polkovnik ölkədə vətənpərvərlik tərbiyəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən də narazılığını bildirib: “Ölkəmizdə onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Vətənpərvərlik tərbiyəsi sahəsində bu təşkilatların əksəriyyətinin gördüyü işləri qənaətbəxş hesab etmək olmaz. Halbuki onlar hərbi-vətənpərvərlik klublarının təşkili qayğılarını öz üzərilərinə götürüb bu mühüm işə layiqli töhfələr verə bilərdilər”.

R.Əmirov qeyd edib ki, Vətən qarşısında öz konstitusiya borcunu dərk edən, torpağını, xalqını sonsuz məhəbbətlə sevən əsgər yetişdirmək valideynlərdən, bağça müəllimlərindən tutmuş komandirlərə qədər hər bir şəxsin, bütün humanitar profilli institutların, ictimai təsisatların birgə işidir: “Çox təəssüflər olsun ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin yüksək effektindən danışmaq, bütün problemlərin aradan qaldırıldığını söyləmək hələ tezdir”.

İdarə rəisi orduda nizamnamədən kənar hallarla mübarizə məsələlərinə də toxunub: “Dedovşina” plakatçılıq və şüarçılıq prinsipləri ilə aparılan mənəvi-ideoloji işin mahiyyətindən doğan bir hadisədir. Şəxsiyyətin mənəvi cəhətdən sındırılması, ləyaqətin alçaldılması bütövlükdə totalitar düşüncənin, əxlaq tərzinin mayasında idi. Azərbaycanda da Silahlı Qüvvələr quruculuğunun ilk dövrlərində onun təzahürlərinə rast gəlmək mümkün olurdu. Şəxsi heyətlə aparılan tərbiyə işinin əsas istiqamətləri müəyyənləşdirilərkən hər bir fərdin şəxsiyyətinə və mənlik hisslərinə hörmət edilməsinin vacibliyi ön plana çəkildiyinə görə bu təmayülün qarşısı demək olar ki, alınıb”.

 

# 174
avatar

Oxşar yazılar

Şəmkirdə 48 yaşlı kişi güllələndi

Şəmkirdə 48 yaşlı kişi güllələndi

22 may 2024 , 13:07
Bakıda və bölgələrdə itkin düşənlər  tapıldı

Bakıda və bölgələrdə itkin düşənlər tapıldı

22 may 2024 , 12:42
Xaçmazda kişi 6 aydır  itkin düşüb

Xaçmazda kişi 6 aydır itkin düşüb

22 may 2024 , 12:26
Rüşvət alan tabor komandiri həbs olundu

Rüşvət alan tabor komandiri həbs olundu

22 may 2024 , 11:56
Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

22 may 2024 , 11:47
Azərbaycan onu Qazaxıstana təhvil verdi

Azərbaycan onu Qazaxıstana təhvil verdi

22 may 2024 , 11:12
Bakıda bacıoğlu dayısının evindən 28 minlik  oğurluq etdi

Bakıda bacıoğlu dayısının evindən 28 minlik oğurluq etdi

22 may 2024 , 11:03
Azərbaycanlıları qeydiyyata salan həbs olunacaq

Azərbaycanlıları qeydiyyata salan həbs olunacaq

22 may 2024 , 10:41