FHN dəhşətli hadisə ilə bağlı məlumat yaydı - YENİLƏNİB
20 noyabr 2015 14:54 (UTC +04:00)

FHN dəhşətli hadisə ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Cəlilabad rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Əliqasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m (tikintisi başa çatmayıb, 1 otagında yaşayış var) olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü 10 kv.m sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlü Abıyev Xəzər Nurəddin oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

*****

 

13:05

 

Faktla bağlı araşdırma aparılır

 

 

Cəlilabad rayonunda yaşayış evində baş verən yanğında azyaşlı uşaq yanaraq ölüb.

 

Lent.az-ın "report"a istinadən xəbərinə görə, hadisə rayonun Əliqasımlı kəndində Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 108 kv metr olan bir mətbəx, iki otaqdan ibarət evin otaqlarından birində başlayan yanğın qısa müddətdə genişlənməyə başlayıb. Yanğın zamanı otaqda yatmış yaşyarımlıq Xəzər Abiyev yanaraq faciəvi şəkildə dünyasını dəyişib.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını ala biliblər. Lakin evin 20 kv metr sahəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Nizam Rza

Oxşar yazılar