Martın 1-də Ağdam rayonunda toyda əmisini öldürən 30 yaşlı Cabir Fərəcov bu gün məhkəmə qarşısına çıxarılıb. Lent.az-ın məlumatına görə, Ağdam rayon Məhkəməsi C.Fərəcovun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Qətlin hansı şəraitdə törədilməsinə gəlincə, hadisə baş verən gün C.Fərəcovun Təzəkənd qəsəbəsində yaşayan bibisi nəvəsinin toyu imiş. Məclisdə yeyib-içən C.Fərəcov daha sonra rəqs meydanına daxil olub. Bir neçə mahnı sifariş edən qonağın ortalıqdan çıxmadığını görən digər qohumlar narazılıq etməyə başlayıblar və bu zaman onun 46 yaşlı əmisi Seymur Fərəcov məsələyə müdaxilə edib. Qardaşı oğluna irad bildirən S.Fərəcov gözləmədiyi reaksiya ilə üzləşib və dava-dalaş düşüb. Münaqişə zəminində 30 yaşlı Cabir əmisinə iki bıçaq zərbəsi endirib.
2 uşaq atası olan C.Fərəcov əmisini öldürdükdən dərhal sonra Bərdəyə qaçıb. O, Bərdədə yaşayan dayısının evinə sığınsa da, polislər buranı tapmaqda çətinlik çəkməyiblər.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
*****
2 mart
Daxili İşlər Nazirliyi Ağdam rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 1-də Ağdam rayonunda yaşayan Nurəddin Qurbanovun evində keçirdiyi toy məclisində qohumu Cabir Fərəcov münaqişə zəminində əmisi Seymur Fərəcova bıçaqla xəsarət yetirib. S.Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Fərəcov tutulub.
****
12:03
Dünən Ağdam rayonunda törədilmiş qətl hadisəsi ilə bağlıı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Təzəkənd kəndində 30 yaşlı Fərəcov Cabir Məhəmməd oğlu əmisi, 46 yaşlı Fərəcov Seymur Fərəc oğlunu münaqişə zəminində qətlə yetirib.
Bildirilir ki, dünən S.Fərəcovun həyətində toy məclisi keçirilirmiş. Toyda oynamaq üstündə mübahisə yaranıb və S.Fərəcov qardaşı oğluna acıqlanıb. Bundan sonra tərəflər arasında münaqişə yaranıb və 30 yaşlı Cabir əmisinə 2 bıçaq zərbəsi endirərək onu öldürüb.
Faktla bağlı cinayət işi açılıb və əmisini qətlə yetirən şəxs artıq tututalaq istintaqa təhvil verilib.
*****
1 mart
Ağdamda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, rayon sakini Fərəcov Cabir Məhəmməd oğlu əmisi Fərəcov Seymur Fərəc oğlunu bıçaqlayaraq qətlə yetirib.
S. Fərəcovun evində baş tutan məclis zamanı ailə münaqişəsi zəmində mübahisə yaşanıb. Hadisə zamanı bıçaq yarası alan S. Fərəcov Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, hadisə Təzəkənd qaçqın düşərgəsində baş verib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.