<span style="color:red;">Cəbhədə gərginlik:  Ordumuzun əsgəri yaralanıb - <span style="color:red;">YENİLƏNİB
24 aprel 2014 10:53 (UTC +04:00)

Cəbhədə gərginlik: Ordumuzun əsgəri yaralanıb - YENİLƏNİB

 

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.


 

APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Əli oğlu Məcidov döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

# 1040
avatar

Oxşar yazılar