Bakıda qanlı olay: 23 yaşlı oğlanın boğazını kəsiblər
15 fevral 2015 17:22 (UTC +04:00)

Bakıda qanlı olay: 23 yaşlı oğlanın boğazını kəsiblər

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib. Lent.az-ın məlumatına görə, gecə saatlarında Şamaxinka adlanan ərazidən 20-25 yaşlı oğlan ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun boğaz nahiyəsində kəsilmiş xəsarətlər aşkar ediblər və həmin şəxs dərhal əməliyyat olunub.

 

 

Araşdırmalar nəticəsində xəsarət alan şəxsin 1992-c il təvəllüdlü Hüseynov Əşrəf Elnur oğlu olması müəyyən edilib. 23 yaşlı gəncin kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən bıçaqlanması məlum deyil.

 

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 89
avatar

Oxşar yazılar