<span style="color:red;">Bakıda mülk davası:  kişinin ümidləri də, 73 yaşlı qadın da öldü - <span style="color:red;">TƏFƏRRÜAT
03 iyun 2014 17:40 (UTC +04:00)

Bakıda mülk davası: kişinin ümidləri də, 73 yaşlı qadın da öldü - TƏFƏRRÜAT

Lent.az-ın məlumatına görə, Neapol küçəsi 21-də 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı amansızlıqla qətlə yetirən 65 yaşlı Məmmədov Şərbət Hümbət oğlu uzun illər imiş ki, onun qeyri-rəsmi nikahdakı həyat yoldaşı imiş. Cütlük arasında xeyli müddət imiş ki, mülk mübahisəsi varmış.

 

Bildirilir ki, Ş.Məmmədov vaxtaşırı olaraq özündən 8 yaş böyük olan həyat yoldaşına evini onun adına keçirməsini təklif edirmiş. O, hər dəfə qadına yaşlı olduğunu və evin kiminsə adına keçirilməsinin vacib olduğunu xatırladırmış. Qadın isə bu işi yubadırmış. Nəhayət dünən İrayida İvanovna Ş.Məmmədova deyib ki, evi onun deyil, oğlunun adına keçirmək istəyir. Bunu öyrənən 65 yaşlı kişi xeyli əsəbiləşib və evdə dava-dalaş salıb. əsəblərinə hakim ola bilməyən paytaxt sakini daha sonra 73 yaşlı qadını çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

 

 

Ş.Məmmədov tutulub, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2981
avatar

Nizam Rza

Oxşar yazılar