<span style="color:red;">Bakıda dəhşətli hadisə:  ölənlər və xeyli yaralı var - ADLAR
07 noyabr 2017 11:14 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: ölənlər və xeyli yaralı var - ADLAR

Dünən Xəzər rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Qala-Pirallahı yolunda Rövşən Bəydəmirovun sürdüyü “Mercedes”ə çırpılan “VAZ-2107”dəkilərin hamısı bir ailənin üzvü olub. Qəza nəticəsində “VAZ 2107”ni sürən 52 yaşlı Babaxan Fətullayev ilə oğlu, 5 yaşlı Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Onun həyat yoldaşı, 41 yaşlı Ziba Fətullayeva, digər oğlu 11 yaşlı Turan, qızı 15 yaşlı Ayşən və 1 yaşlı Rahidə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

 

 

*****

 

10:04

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xəzər rayonu Qala-Pirallahı yolunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı, 99 GX 886 dövlət nömrə nişanlı avtomobil ilə Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı, 10 GR 258 nömrəli maşın toqquşub.

 

Nəticədə “VAZ-2107”də olan sərnişinlərdən 52 yaşlı Babaxan Fətullayev ilə 5 yaşlı Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Daha 5 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Nizam Rza

Oxşar yazılar