Bakıda barda bomba həyəcanı: Müştərilərin sifarişindən bezən barmen bu üsula əl atdı
03 iyul 2014 13:41 (UTC +04:00)

Bakıda barda bomba həyəcanı: Müştərilərin sifarişindən bezən barmen bu üsula əl atdı

DİN-nin 102 "qaynar xətti"nə Nizami rayonu Əzim Əzimzadə, 34/60 ünvanında yerləşən binanın qarşısındakı taksofondan "Plaza Bar"a qumbara qoyulduğu barədə məlumat daxil olub. Zəng edən şəxs özünü təqdim etməkdən imtina edərək , məlumatı bildiyindən sadəcə vətəndaşlıq borcunu yerinə yetirdiyini bildirib. Hadisə barədə bütün aidiyyəti üzrə orqanlar məlumatlandırılıb.

Rəfail Albabayev dərhal hadisə yerinə polis və FHN-nin əməkdaşlarının cəlb olunduğunu deyib: “Vətəndaşlar evakuasiya olunub, baxış keçirilən zaman barda heç bir partlayıcı qurğu aşkar olunmayıb".

Məlum olub ki, məlumat yalandan verilib. Barın bütün əməkdaşları polis tərəfindən sorğu-sula olunub. Barmen köməkçisi Ziya Səfərov verdiyi ifadəsində qeyri səmimi olduğundan əməliyyatçılar ondan şübhələniblər.

"Plaza bar”da işləyirəm. Göndərmişdilər "Red Bul" almağa, taksofon gördüm yolun solunda, yigdim dedim bomba var".

Məlum olub ki , saxlanılan şəxs onu tez-tez qulluğa göndərən barmendən narazı olub. Yalan məlumatı da bu məqsədlə müştərilərdə həyəcan yaransın deyə etdiyini bildirib. Sonda bu əməli təkcə özü yox, bir nəfərlə şərik etdiyini də bildirib.

"Şeytan işidir, şeytan məni yoldan çıxardı".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1652
avatar

Oxşar yazılar