Martın 9-da Binəqədi qəsəbəsində evdə dəm qazından boğularaq ölən ər və arvadı dəfn edilib. Lent.az-ın məlumatına görə, kirayə yaşadıqları evdən meyiti tapılan 50 yaşlı Xaliq Rüstəmov və 39 yaşlı Aynur Rüstəmova Gəncə şəhərində torpağa tapşırılıb.
Hadisənin baş vermə şəraitinə gəlincə, ər və arvadı gecə yatandan sonra otağa qaz dolub. Səhər satlarında qonşular onlardan xəbər çıxmadığını görüblər və daha sonra hər iki şəxsin meyiti tapılıb. Digər otaqda olan ailənin iki övladı isə qazdan zəhərləniblər.
*****
10 mart
Bakıda dəhşətli hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 9-da Binəqədi qəsəbəsində yaşayanlar - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərlənib. Xaliq və Aynur evdə ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.