<span style="color:red;">Bakıda 130 min manatlıq cinayət:  qadın həbs edildi
21 aprel 2014 11:54 (UTC +04:00)

Bakıda 130 min manatlıq cinayət: qadın həbs edildi

Bakıda dələduzluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yeganə Mehdiyeva tutulub.

 

Qeyd edək ki, Y.Mehdiyeva vətəndaşın 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə təqsirləndirilir.

 

Onu da qeyd edək ki, Y.Mehdiyevakeçən il də polis tərəfindən dələduzluq etdiyinə görə saxlanılıb. Lakin həmin vaxt yazılı iltizam verən qadın məhkəmə qərarı ilə sərbəst buraxılıb. 

# 5625
avatar

Nizam Rza

Oxşar yazılar