Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Hacıqabul-Bəhramtəpə yolunun 43-cü kilometrliyində "Mercedes" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 4 qadın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.