Sürücülük vəsiqəsi olmadan qəza törədən şəxsə <span style="color:red;">AĞIR CƏZA
18 avqust 2015 16:38 (UTC +04:00)

Sürücülük vəsiqəsi olmadan qəza törədən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən 1981-ci il təvəllüdlü Zaur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Zaur İbrahimova 7 il azadlıqdan mərhum etmə cəzası verilib

Qeyd edək ki,   Zaur İbrahimov  2014-ci ilin oktyabr ayının 1-də sürücülük hüququ olmadan idarə etdiyi “Renault Tondar” avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində sürət həddin aşıb. O, həmin vaxtı yolu keçən 1962-ci il təvəllüdlü piyada Ellada Əliyevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Piyadanı öldürən sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşların əməliyyat- axtarış tədbriləri nəticəsində Zaur İbrahimov tutularaq istintaqa cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Səlcuq Elçin

Oxşar yazılar