Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Qoşa Təpə" Gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, selofana bükülü vəziyyətdə 2 ədəd bükümdə xalis çəkisi 150,764 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.