[b]Yol qəzalarında 257 piyada ölüb[/b] - Bu il
14 noyabr 2016 10:06 (UTC +04:00)

[b]Yol qəzalarında 257 piyada ölüb[/b] - Bu il

Bu ilin 10 ayında Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib. Nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

 

Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

APA Baycan

Oxşar yazılar