Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci km-də 37-ci km-nə qədər olan 4 yerdə qar uçqunu qeydə alınıb. Yolda avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.
[b]Xınalıq yolunda qar uçqunu olub[/b]
0
0
0
0