<b><span style="color:red;">"Bu, 63 ailənin başına gələn bir bəla idi"  - Yanan binanın məhkəməsindən</b>
30 avqust 2016 17:19 (UTC +04:00)

"Bu, 63 ailənin başına gələn bir bəla idi" - Yanan binanın məhkəməsindən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən şəxlərin məhkəməsi davam edib

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə 10 nəfər zərərçəkmiş şəxs ifadə verib.

Zərərçəkmiş Zahidə Ağamalıyeva ifadəsində bildirib ki, verilən kompensasiya onu qane etməyib, ev təmirdən sonra uçub tökülüb: “Biz evi öz pulumuzla təmir etmişik”.

İfadə verən Yeganə Səmədova heç kimdən şikayətçi olmadığını, ona verilən kompensasiyadan razı qaldığını deyib.

Zərərçəkən  Əminə Ənsərova bildirib ki, hadisə zamanı ev tamamilə yanaraq külə dönüb. O bildirib ki, bu hadisə 63 ailənin başına gələn bir bəla idi, yaxşı ki, ölüm olmadı.

Ə.Ənsərova verilən kompensasiyadan və evlərindəın təmirindən narazı qaldığını deyib: “Yanğından əvvəl evimizi "super" şəkildə təmir etmişdik. Evin parketləri Almaniya istehsalı idi. Ancaq bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Bu məni qane etmədi və evi yenidən öz hesabımıza təmir etdik. Bircə onlardan xahiş etdik, parketi gətirdilər”.

Verilən kompensasiyadan razı qalmayan zərərçəkmişlərdən biri də Balaşxan Hümbətov olub. O, ifadəsində yanğın zamanı bütün əşyalarının yanıb külə döndyünü bildirib: “Təsəvvür edin ki, qab-qacaq, paltar, bir sözlə bütün əşyalar yanıb. Düşünün ki, verilən 15 min manata bunların hamsıını necə almaq olar? Həbs edilənlərdən də şikayətçi deyiləm. Allah onların qapısını açsın”.

Proses sentyabrın 6-da davam edəcək.

Qeyd edək ki, hadisə keçən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan N.Muxtarov orada vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Səlcuq Elçin

Oxşar yazılar